NAXÇIVANDA AVROPA İTTİFAQI GÜNLƏRİ KEÇİRİLİR

bolge

72995

NAXÇIVANDA AVROPA İTTİFAQI GÜNLƏRİ KEÇİRİLİR
Naxçıvanda Avropa İttifaqı Günləri keçirilir.

Xəbərlərtv "Report"-a istinadən xəbər verir ki, tədbirə həsr olunan mətbuat konfransında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Azərbaycanda akkreditə olunmuş Aİ ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələrinin bu iki gün ərzində Naxçıvan məktəblərində, universitetlərində bir sıra təqdimatlar keçirəcəklərini, təmsil etdikləri ölkələr barədə məlumat verəcəklərini bildirib.

Həmçinin Naxçıvanda Aİ Günləri çərçivəsində biznes forum keçiriləcək və burada Aİ-nin Azərbaycanda həyata keçirilmiş layihələri təqdim ediləcək.

Sentyabrın 23-də Aİ ölkələrinin hər birinin açdığı stenddə ölkəsinin ənənələri, adətləri və mədəniyyəti barədə məlumat verəcəyi Avropa şəhərciyinə (Euro Village) Naxçıvan sakinləri və şəhərin qonaqları baş çəkə biləcəklər. Səfirin sözlərinə görə, Aİ nümayəndə heyəti ilk dəfə belə miqyasda - 17 səfirliyin iştirakı ilə tədbir təşkil edəcək.