31 İyul Şəhid Qaryağdı Əhmədovun ölümündən 4 il ötür.

bolge

363278

31 İyul Şəhid Qaryağdı Əhmədovun ölümündən 4 il ötür.
Şəhid Qaryağdı Əhmədovun ölümündən 4 il ötür.
Evin sonbeşiyi olan Qaryağdı Əhmədov Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollanıb.
Əsgər Qaryağdı Əhmədov 1992-ci ilin iyulun 1-də anadan olmuşdu, 22 il 1 ay ömür sürən şəhidimiz 2014-cü ilin 31 iyulu tarixində Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub.
Avqustun 1-i isə Qaryağdı Əhmədov Ağdam rayonunun Quzanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əhmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.



Qaryağdı Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.