Hacıqabulda minik avtomobili “Kamaz”la toqquşub

bolge

48654

Hacıqabulda minik avtomobili “Kamaz”la toqquşub

Hacıqabulda minik avtomobili “Kamaz” markalı yük maşını ilə toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun, rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Əzimov Vasif Cümşüd oğlu “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri, 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rafael İdris oğlu və Ağcabədi rayon sakini, 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.