Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

bolge

30051

Ağstafada minik avtomobili aşıb, üç nəfər ağır xəsarət alıb

Ağstafada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.